Haqqımızda



Müasir həyatın bütün ehtiyaclarını, rahatlığı və evinizin gözəlliyini  düşününərək funksional, estetik, dəbdəbəli və hər  zövqə uyğun rənglərlə, yüksək keyfiyyətlə hazırlanan yeni mebel və aksessuar kolleksiyası mağazası artıq sizin xidmətinizdədir. Tezliklə Azərbaycanın və paytaxt Bakı şəhərinin bir çox bölgələrində fəaliyyətə başlayacaq yeni mebel mağazalar şəbəkəsi “Soliton  Mebel”  ilk mağazasının Asif Məhərrəmli küçəsi 20C ünvanında açmışdır.

Bu sektorda üzərimizə götürdüyümüz məsuliyyət ilə satış öncəsi və sonrası göstərdiyimiz  xidmətin operativ və  güvənilir olması üçün əzmlə çalışırıq. Tezliklə böyüyəcək olan mağazalar şəbəkəmiz müştərilərimizin dəyişən ehtiyyaclarını əsas tuturaq mebel sektorunda daima yenilikçi və keyfiyyətli məhsul satıcısı olmaq prinsipi əsasında çalışır.

Sizlərə  rahat, keyfiyyətli, fərqli və dözümlü  yataq otağı, qonaq otağı, gənc otağı, yumşaq mebel dəstlərini, aksesuarlarını müasir standartlara görə dizayn edilmiş və yüksək keyfiyyətli satışını təqdim edirik. Mağazalarımızın fərqli məhsul qruplarındakı endirimləri və kampaniyaları ilə müştərilərimizə hər anlamda asanlıq təmin edirik.

Rəsmi distributoru olaraq Türk markaları Area, Sofanni, Kilim, Mondi, Newjoy və Fransız markaları Gami və Gautier kimi məşhur markaların  mebel dəstlərinin satışını həyata keçiririk. Müasir dizaynlı məhsullarında  funksiyonallığı  ön plana çıxararaq, bunu  eleqant və zərifliklə bütünləşdirən  Soliton Mebel öz sektorunda ehtiyaclara cavab verə biləcək geniş bir məhsul rəngarəngliyinə malikdir. 



Markalarımız:


1958-ci ildən bu yana  illərin təcrübəsi və yarım əsrlik müvəffəqiyyət hekayəsi ilə mebel sektorunun lider quruluşu olmağı bacaran Gautier mebel, dizayn fərqlilikləri, keyfiyyət anlayışı ilə Fransanın önəmli markaları arasında yer alır. Qonaq otağı qruplarından yataq otağına, yemək otağından uşaq və gənc otaqlarına, ev tekstilinə, ofis mebellərinə, qarderoblara qədər bir-birindən xüsusi kolleksiyalar təqdim edən Gautier , minlərlə məhsulu fərqli zövqlər və məkanlar ilə görüşdürür. Avropa və Fransa standartlarına uyğun dizayn olnmuş məhsulları 10 illik zəmanətə malikdirlər. 


 

Gautier markasına aiddir. Xüsusi ilə uşaqlar, gənc qızlar və oğlanlar üçün dizayn olunur. Son 50 ilə yaxındır ki, uşaq otağı, gənc otağı, qonaq otağı və yataq otağı mebeli sektorunda keyfiyyətin, rəngarəng  tərzin gözəl nümunəsi olan Gami istehsal keyfiyyəti və ekologiya sahəsində ISO 9001, OHSAS 18001 sertifikat sahibi olmuş ilk Avropa şirkətidir. Avropa və Fransa standartlarına uyğun dizayn olnmuş məhsulları 5 illik zəmanətə malikdirlər.
 

  Artıq 40 ildir fəaliyyət göstərən Kilim mebel keyfiyyət və dizayn baxımından öndə gedən makalardandır. Türk mebel sektorunun     ixracat sahəsində dünyada ad qazanmağı bacarmış markalardan birinə çevrilmişdir. Kilim Mebel yataq otağı, qonaq otağı, uşaq   və gənc otağı dəstlərini insanların rahatlığı üçün istehsal edir. 


 

2005-ci ildən fəaliyyətə başlamışdır. Bir-birindən parlaq, müasir mebel dəstləri ilə “Ev Concept” anlayışında ağıla gələn ilk markalardandır. Area mebel kolleksiyasina yataq otağı, yemək otağı, divar modulları, TV modulları, divan dəstləri aiddir.


 

1993-cü ildən mebel sektorunda yüksək səviyyədə xidmət göstərən Mondi təcrübəsi ilə mebel sektorunda əhəmiyyətli bir yerə sahibdir.  Beynəlxalq keyfiyyət standartlarına əsasən istehsal edilən, insan sağlamlığına zərərsiz, estetik mebelləri ilə yalnız bu günümüzün tendensiyalarına deyil gələcəyin dəbinə də istiqamət verir.



 
Newjoy 1986-ci ildən körpə, uşaq və gənc mebelləri istehsal edən bir markadır. Newjoy 30 ölkədə körpələrin, uşaqların və gənclərin otaqlarını keyfiyyətli məhsullarla bəzəyir, onların sağlam inkişafı üçün xəyal dünyasını rəngləndirir. Ekoloji təmiz mebel dəstlərinin beynəlxalq standartlara uyğun, sağlam və etibarlı bir şəkildə hazırlandığını göstərən sertifikatlara layiq görülmüşdür.




Yumşaq mebel dəstləri uzun müddət istifadə olunduğu üçün keyfiyyətli olmasına çox diqqət edilir. Keyfiyyətlə bərabər asan təmizlənən olması da əsasdır. Yumşaq mebel sahəsində xüsusi dizaynı və keyfiyyəti ilə seçilən “Sofanni” markası dəyərli müştərilərimizə xidmətin və keyfiyyətin yaxşısını təqdim edir.

CARİ AKSİYALAR VƏ
YENİLİKLƏR ÜÇÜN

SMS XƏBƏRDARLIQ ÜÇÜN