Xidmətlərimiz

Soliton Mebel olaraq dəyərli müşətirlərimizin yaşayışını rahatlaşdırmaq və gözəlləşdirmək üçün zərif, eleqant və modern üslublu mebellər ilə  sizlərin məmnuniyyəti və etibarını boşa çıxarmadan çalışırıq.

Sizə təklif etdiyimiz məhsullarla həyatınızın hər anına gözəl toxunuşlarla rəng qatır və özünüzü xüsusi hiss etmənizi üçün çalışırıq. Sizə mebel sektorunda mütəxəssis olan komandamız ilə eviniz üçün fərqli ölçülər və modellərdə mebellər təklif edirik. 

 Soliton Mebel mağazalar şəbəkəsindən aldığınız hər bir mebel dəsti müəyyən vaxta və qaydalara əsasən sizə çatdırılır. Çatdırılma xidməti həftənin 6 gün fəaliyyət göstərir. Çatdırılma xidməti əməkdaşları sizinlə əlaqə saxlayaraq uyğun zaman ərzində məhsulu ünvana çatdırırlar. Alınan məhsulların qəbulu alıcıların iştirakı ilə tam yoxlanılaraq həyata keçirilir. Məhsulların Bakı şəhəri daxili ərazilərə çatdırılması pulsuzdur.

Müştərilərimizin ehtiyyaclarını bü gün və gələcək günlərdə onların istəklərinə uyğun olaraq qarşılamaq, yeni, estetik məhsullar ilə keyfiyyətində seçilən və təklif etdiyi məhsullarla daima zövq oxşayan məhsul satıcısı olmaq, satış və satış sonrası xidmətdə daima yaxşı olmaq əsas hədəflərimizdəndir. Çatdırılan mebelin quraşdırılması xidməti peşəkar və təcrübəli ustalar tərəfindən həyata keçirilir. Mebellərin təhlükəsiz daşınmasına, sağlam və keyfiyyətli quraşdırılmasına görə cavabdehlik daşıyırıq.

Mağazamızın satış sonrası xidmətlərinə: məhsulun ünvana çatdırılması və quraşdırılması, məhsulun xüsusiyyət və keyfiyyətləri barədə müştərinin məlumatlandırılması, şikayətlərin vaxtında cavablandırılması və lazımı vaxtda köməyin göstərilməsi daxildir. Avropa və Fransa standartlarına uyğun dizayn olunmuş Gautier məhsulları 10 il, Gami məhsulları 5 il, Türkiyə istehsalı məhsullar (Area, Sofanni, Medmo, Kilim) isə 2 illik zəmanətə malikdirlər. Mebel dəstləri istehsal prosesi müddətində bir çox yoxlanışlardan keçir. Məhsul istehsal olunmadan öncə layihəni icra edən komandanın qarşısında iki əsas vəzifə durur: məhsuldarlıq və məhsulun təhlükəsizliyi. Biz sizlərə uzun illər istifadə edə biləcəyiniz mebel təklif edirik.

 Fəaliyyət göstərdiyi müddətdə Gautier, Gami, Kilim, Area, Sofanni və s. kimi məşhur markalarin satışını reallaşdıran mağazamız, həmçinin, bu markaların kreditə verilməsini təşkil edərək hal-hazırda alıcılarının ümidlərini doğrultmaqdadır. Müştərilərimiz heç bir banka getmədən aldıqları malın kreditini dərhal mağazada rəsmiləşdirə bilərlər. Biz sizin üçün maliyyə cəhətdən sərbəst qalmağı təmin edən sərfəli kredit şərtlərini hazırlamışıq. 




 
CARİ AKSİYALAR VƏ
YENİLİKLƏR ÜÇÜN

SMS XƏBƏRDARLIQ ÜÇÜN